Posted by: Shahbaz Khuduoglu | December 1, 2015

Kitab elə bir hədiyyədir ki, onun təkrar-təkrar aça bilirsən


 

 

 

Həyatımızda bayramların sayı çoxdur. Yeni il bayramı, Uşaq günü, Ana günü, Ata günü, Valideyn günü, ad günləri və s. Bu günlərdə bir -birimizə hədiyyələr veririk. Çox zaman hədiyyə verən daha çox narahat olur, həyəcan keçirir, axı hədiyyə adamın dünyagörüşünü, zövqünü, səviyyəsini ifadə edir.

Bu günlərdə gərək altruist olasan, hədiyyə verməkdən zövq alasan.

Verdiyiniz hədiyyə o insanın həyatına nə dərəcədə təsir edəcək?  Bunu öncədən düşünmək lazımdır. Hədiyyə mütləq rəmzi olmalıdır, diqqət, qayğı, arzu  ifadə etməlidir. Təmənnasız olmalıdır. Uşaqlara verilən hədiyyələr isə sətiraltı məna daşımalıdır. Əgər bayramlarda uşağına kitablar hədiyyə edirsənsə demək sən onun həyatının kitablarla bağlanmasını arzu edirsən.

Bir tanışım vardı, bir dəfə böyük fəxrlə dedi ki, orta məktəbi bitirmək münasibəti ilə oğluna maşın hədiyyə edib. Maşının dəyəri 45 min dollar olardı. Tez-tez salamlaşıb söhbət etdiyim, bəzən oturub çay içdiyim tanışımı birdə 7 ildən sonra gördüm. Oğlunu soruşdum, üzgün halda işsizdir dedi, “avaraçılıq edir, özüm də işimi itirmişəm”. Əgər o 45 mini oğlunun təhsilinə qoysaydı, söhbət həqiqi təhsildən gedir, diplom almaqdan yox, indi heç vaxt belə çıxılmaz duruma düşməzdi.

Tanışımda günah görmürəm, o elə görüb, bildiyi bu qədərdir, atası vəzifədə olanda şəhərin mərkəzində ona ev hədiyyə etmişdi. O da təbii ki, uşağına maşın hədiyyə edəcəkdi…

Kiçik hədiyyə böyük məna ifadə edir. Belə yanaşma sizə hədiyyə seçməkdə yardım edə bilər. Böyük hədiyyənin mənası isə kimisə almaq cəhdidir.  Mənə görə ən yaxşı hədiyyə kitabdır. Kitab bahalı deyil, amma orda bir dünya var, əlbəttə, sən dünyanı ala bilməzsən, amma kitab verməklə bir dünya hədiyyə edə bilərsən.

Hədiyyənin dəyəri onun qiyməti ilə ölçülə bilməz. Nə qədər bahalı olsa, ondan daha bahalı olan digəri mütləq var.  Son illər bizdə mənadan daha çox hədiyyənin qiymətinə baxılır. Rayon icra başçısı bir nazirə villa tikdirib adını hədiyyə qoyur, yaxud bir iş adamı işi keçən birinə daha bahalı mülk bağışlayır. Əlbəttə, hər kəs bilir ki, belə hədiyyə olmur, bu rüşvətdir.

Kitab yarmarkalarında valideynlər uşaqlarına kitab almasını müşahidə etmək adamı hipnoz edir, sanki ana öz övladına yemək verir, balaca qaşıqda ehtiyatla yeməyi uşağın ağzına aparır, sonra digər əlini uşağın çənəsinə tutur… Belə anları müşahidə edəndən sonra təzələnirsən. Çox vaxt kitab alan valideynlərə təklif edirəm ki, kitabı elə yerindəcə yazıb uşağa hədiyyə etsinlər. Uşaq hər dəfə bu kitabı açanda, ilk olaraq valideyni, bu kitabın alındığı dövrə dönəcək…, görün neçə silinməz bir xatirə yaradırsız onun üçün.

Əgər bir insanın ağlı, təfəkkürü barədə məlumat almaq istəyirsənsə ilk olaraq onun oxuduğu kitablarla maraqlanırsan. Oxuduğu kitablarla onu tanıyırıq, onun haqqında fikir formalaşdırırıq.

Adam açmadığı kitabın içini bilməz. Gərək onu aça, oxuya, sonra içində nəyin yazıldığının fərqində ola. Amma ilk öncə ona yaxınlaşmaq, vərəqləmək, içindən sətirlər oxumaq lazımdır. Yarmarkalarda bəzən kənardan baxıb keçən adamları kitablara baxmağa dəvət edirəm.

Hər bir kitabın qapağı sanki bir qapıdır, ona toxumasan heç zaman açılmayacaq. Həmdə bir rəsm əsridir, o səni mütləq təzə bir havaya kökləyəcək, beynində yeni fikirlər doğuracaq.

Eyni kitabları oxumayanların ortaq məxrəcə gəlməsi asan deyil. Bəzən valideynlərlə övladların konfliktini asanlıqla bir kitabı müzakirə etməklə aradan qaldırmaq olur.

Uşaqlar valideynlərini təkrar edərlər. Əgər uşaq evdə kitab hədiyyəsi alarsa onun nə dərəcədə qiymətli olmasının fərqinə varsa, demək o da həyatı boyu bu ənənəni davam etdirəcək.

Əziz oxucu, qarşıdan Yeni il bayramı, Novruz bayram və sonra digər bayramlar gəlir. Belə əziz günlərdə bir- birinizə, xüsusən uşaqlara kitab hədiyyə edin.  Buna görə sizdən böyük xərc tələb olunmur, amma gələcəyə böyük bir yatırım edirsiz.  Axı oxumadığın kitabı hədiyyə almaq ən böyük bəxşişdir.

Hörmətlə,

Şahbaz Xuduoğlu

 

Advertisements
Posted by: Shahbaz Khuduoglu | March 8, 2013

DƏLİ HİNDİSTAN son


Hindistana getməyimdən xəbər tutanların ilk sualı bəs orda nə yeyirdin olur. Mən yeməkdə vasvası deyiləm. Əlimə nə gəldi, harada oldu yeyərəm. Amma yeməkdə bircə nöqsanım var, yalnız yeyə bilmirəm, gərək hökmən yanımda kimsə olsun. Afzal-Guru-Parliament-Attack-ConvictИзображениеИзображениеИзображениеИзображениеИзображениеИзображениеИзображениеИзображение

Artıq xeyli vaxtdır ət məhsullarından, eləcə də toyuqdan imtina etmişəm. Amma balıq menyumun əsas hissəsini təşkil edir.

Kovalamda sahil boyu balıq kafeləri düzülüb. Səkinin üstündə üzü dənizə oturub günəşin batmasına sonra isə ayın çixmasına tamaşa edirsən…

Buralarda araq verilməz. Amma kağıza bükülmüş pivə olar. Onu da masa üstünə qoymaq yasaq. Gərək gizlində içəsən. Bu qaydaya hər bir turist əməl edir.

İstədiyin balığı, krab, xərçəng ye pivə iç, on beş, iyirmi manatdan çox xərcin çıxmaz.

Trivandrumda yemək yerləri azdır. Bir nahar vaxtı şəhəri gəzdim axır bir yerdə buldum.  Burda adamların iştahına çox heyran qaldım.

Əksəriyyət böyük bir podnosda yanına müxtəlif ədviyyatlar düzülmüş düyü yeyirlər. Özü də qaşıq və çəngəldən istifadə olunmur, əllə, beş barmaqla ədviyyatlarla dada gətirilən düyünü yumrulayıb ağıza qoyurlar…

Hindistanda kommunizm

 

Çox yerlərdə qarşıma tez-tez üzərində oraq-çəkic olan qırmızı bayraq çıxırdı. Ən müxtəlif yerlərdə. Əslinə buna gördüyüm yeganə bayraq da demək olar.

Hindistan mediası

Qaldığım bütün otellərdə qəzetlər verilirdi. Tezdən qapıya taxırdılar. Bu qəzetlər ingiliscə olurdu. Otellərə pulsuz verilməsi ənənəsi də ingilislərdən qalıb.

THE DAILY İNDİA, THE NEW İNDİAN EXPRESS, THE WEEK  və sair. Qəzetlər üzərində milli qəzet yazılıb. Və burda cəmiyyətin bütün tərəflərinin fikirləri əks olunurdu.

Daxildəki etirazçı qüvvələrin, müxalifətdən olanların fikirləri, QHT sektorunun rəyləri, və sair.

Fevralın 12-də çıxan qəzetlərinin üç aparıcı məlumatı var idi.

Afzal Qurunun hökmünün icrası ilə bağlı müəmmalı məsələlər, Benedictin səksən beş yaşında istefası, bu son altı yüz ildə istefaya gedən ilk  Popdur, və şair Vinaychandranının ölümü.

THE WEEK jurnalı əsas mövzusunu Afzal Quruya həsr edib.

Jurnal Afzalı belə təqdim edib:

Sevimli oğul.  Şən həkim. Təslim olmuş sərkərdə. Sevimli ata. Kinli terrorist.  Ölüm hökmü altında olan məhbus.

Kəşmirə od vuran  Afzal Quru

 

Qəzetlər hər gün Afzal Qurunun ölümündən yazırlar.

2001-ci ilin dekabrında parlamentə terror hücumu oldu, nəticəsində doqquz nəfər öldürüldü. İki gündən Afzal terrorçu dəstənin üzvü adıyla həbs edildi. Tələbəydi, tibb üzrə oxuyurdu.

Bu illər ərzində qohumlarının, arvadının müraciətləri cavabsız qaldı,  o azadlığa buraxılmadı, amma məlum terror hadisəsində onun iştirakı sübuta da yetmədi. Afzal Ali Məhkəməyə şikayətində yazırdı, eləmədiyim işə görə əfv olunmağımı istəmirəm.

Hindistanın baş naziri Suşilkumar Şinde yanvarın 11-də müsahibə verib demişdi ki, Afzalla bağlı əfv müraciətinə baxılacaq,  hər kəs əfv gözlədiyi halda əksinə ölüm hökmü icra edildi.

Bu xəbəri Afzala deyib ondan son arzusunu soruşublar. O bir müddət susub. Heç nə deməyib. Üzünün ifadəsi belə dəyişməyib. Sonra kitab, qələm və vərəq istəyib.

Həyatının son gecəsini oyaq olub. Yatmayıb. Kitab oxuyub sonra isə dua edib. Səhərə yaxın ölüm icra olunub. Elə həmin yerdə də basdırılıb.

Ailəsi bu məlumatı TV-dən alıb.  Mətbuata qapalı olan xanımı Təbəssüm yalnız bir cümlə deyib, O Allahın dərgahındadır.

Hindistan hakimiyyəti Kəşmirə elə bir od vurdu ki, bu heç zaman sönməyəcək, bunu isə həbsdə olduğu müddətə anasını da itirən Afzalın qaynatası THE İNDİA TODAYe demişdi.

Bütün aparıcı media Afzal Qurunun xilaskar portretini müxtəlif izahlarla düz bir həftə ön səhifədə daşıdı.

Mətbuat yazır ki, bu Kəşmirdə qorxu yaratmaq üçün verilən siyasi bir qərar idi. Beynəlxalq təpkiyə dözməyən baş nazir 140 ölkə ölüm hökmünü dayandırıb, biz 141-ci olacağıq kimi bəyanat vermişdi.

Mətbuat və insan hüquqları təşkilatları ailəyə məlumat verilmədiyini ciddi tənqidə tutmuşdu.

Ailəsinə məktub adi poçtla göndərildiyindən, hökm icra olunandan iki gün sonra yetişib.

Bütün Hindistan bu olayı müzakirə edirdi.

Hətta Kovalamda kiçik bir dükanı olan Nizamda. O Kəşmirlidi. Qardaşı ilə Kovalmada dükan işlədirlər. Altı ayda bir dəfə Kəşmirdə böyüyən dörd uşağına və onu gözləyən arvadına baş çəkir. Qalan vaxtları burda suvenir  dükanında turist gözləyir.

Afzal əvvəl yanımdaydı indi qəlbimdədir dedi.

Bakıdan zəng

 

Hindistanda xəstələnmək hissəsinə əlavə

Hindistanda gecə iki, Bakı isə birin yarısı. Azik zəng etdi. Dedi eşitmişəm ÇELOVEK İZ ZORDOBA kitabını nəşr etmisən, özü də rusca. Dedim bəli, dedi bunu eşitdim, ürəyim dözmədi bir şeir yazdım, rusca. Dedim Azik Bakıda deyiləm, gələrəm danışarıq. Hə, nə yaxşı, amma uzun şeir deyil, bir neçə kuplet, oxuyum qulaq as. Aziq Vallah Bakıda deyiləm, Azərbaycanda deyiləm, gələrəm oxuyarsan. Yox e, qadası, eybi yox, bir iki kupletdi, tez oxuyacam, qağa canı. Azik, qardaş mən Hindistandayam, özümdə xəstəyəm. Şeirlik halım yoxdur.

Hə, başa düşürəm, amma nə olar, sən də məni başa düş,  ürəyim partlayır, oxuyum da…

A/C

Binaların, kafelərin xüsusən otellərin üzərində yekə yazılmış bu iki tez tez adamın diqqətini çəkir. Air condition deməkdir, yəni kondisionerli otel, kafe, ev və sair. Amma bu kondisioner çalışır anlamına gəlmir. Ya işıq yanmır, ya da kondisioner çalışmır. AC məsələsi taksi sürücüləri üçündə tovlama üsuludur. Ser maşında kondisioner də var, deyirlər maşına dəvət edəndə amma heç zaman onu işlətmirlər, çünki pəncərə həmişə açıq olur.

Ağlaşma meyli

 

Hindistan gecə-gündüz ağlaşmanı, qaradan imtinanı təbliğ edir. TV verilişlərinin reklam aralığında bəyazlaşma kremləri bir-birin əvəz edir.

Filmlərdə olanlarla həyatda gördüklərin adamlar arasında çox böyük fərq var. Kinolarda onlar qarayanız kimidirlər, əslində isə necə lazımdısa qaradırlar.

Hindistanda olduğun halda Tv-lərdə gördüklərin sanki başqa yerin adamlarıdır.

Ya efirə kremlənib çıxırlar, ay da ekranda nəsə əməliyyat aparırlar…

Ayurveda

 

Ayurveda – şəki paxlavası kimidir, adı var amma özü nə olan bir şey olduğunu sona qədər anlamadım.

Dini inanclara bağlı bir masaj növüdür. Müxtəlif bitki yağlarıyla anadangəlmə masaj edirlər. Kovalamda az qala hər iki binadan birinin üstündə böyük hərflərlə AYURVEDA yazılıb.

Su yox, işıq yox, amma Ayurveda hər zaman var…

İki dəfə masaja girdim. Burada qadınlar qadınları, kişilər isə kişiləri masaj edər. Məni masaj edən Raj ailə həyatı qurmağa hazırlaşırdı. Anasının bəyəndiyi bir qıza nişanlıydı. Evlənib hələ valideynləriylə yaşayacaqdı. Özünün heç zaman evi olmayacaqdı.  Səhər yeddidən axşam doqquz, onadək işləyirdi. Burda işlədiyi altı ildə bir bazarı olmayıb. Aylıq məvacibi isə yüz əlli dollardı.

Bizdə ən uzun masaj vaxtı bir saatdır, 30 manata, orada isə saat yarım. Saat yarımlıq masaj bizim pulla 8 manat edir.

Üçüncü masajın pulunu ödədim amma masaja girmədim. Həm bu oğlanın həyatla bağlı söhbətləri, həm də müxtəlif cür qoxuyan yağlar başımı qarışdırmışdı.

Bu masajda da nəsə bir fırıldaq hiss etdim.

On gün ərzində Hindistanda gördüklərimi, duyduqlarımı yazdım. Bir az uzun oldu. Yordum sizi. Amma bunları yazmasaydım unudacaqdım.

Məni Hindistan qeydlərini yazmağa həvəsləndirən bütün dostlara təşəkkür edirəm.

Posted by: Shahbaz Khuduoglu | February 28, 2013

DƏLİ HİNDİSTAN (üçüncü yazı)


 

Plana görə mən daha üç yerə getməliyəm.

Qayıq turu və çay plantasiyası olan dağlar, növbəti gün isə zahidlərin məskəni Varkalaya.

QAYIQ TURU

 

 

 

 

DSC_0115

Poovar yalnız qayıq gəzintisiylə deyil, çay, kanal, göl və dənizin bir arada olmasına görə məşhurdu.

Tuk-tukla Poovara getdim.

Kovalamdan Poovara və geriyə bizim pulla 10 manat edir.

DSC_0242

 

 Təkcə xilas jileti yeni görünən köhnə bir qayığa oturdum. Ehtiyatla qayığı idarə edən gənc  gülümsəyərək tez-tez təkrar edirdi, İ have ambition, mən də gedəcəm, daha yaxşı iş tapacam. Daha yaxşı təhsil alacam…

Qəlbi Hindistandan xilas olmaq arzusuyla aşıb-daşan  gənc qayığı Çaydan kanala, ordan gölə

sürdü. Su o qədər sakit axır ki, istiqamətini müəyyən etmək olmur.

DSC_0053

Kanalda çimən, paltar yuyan, balıq tutanların yanından keçirik. Qadınlarla kişilər bir arada suya girməzlər. Amma bir tərəfdə qadınlar çimirsə onlardan dərhal sonra kişilərin çimdiyi yerə çıxırsan. Təbii bir növbələşmə var.

 

Ümumiyyətlə hinduların suyla, təmizkarlıqla araları yoxdur. Yalnız indi-indi çölə getmək vərdişini tərgidib evlərdə tualetlər tikməyə başlayıblar.

 

 

DSC_0161
DSC_0068


DSC_0064
DSC_0076

 

 Ətrafları su olsa da suya az hallarda girərlər.  Amma kanallarda çimən təmizkarlarda az deyil.

Meşəliklərdə kasıb komalarda ağır həyat tərzini keçirən insanları görməsən burda insan çox sakit olur.

Burada yarpağı saralan bir ağac görməzsən. Kokos, sandal, Hindistan cevizi və adını bilmədiyim, həyatım boyu üzünü görmədiyim çoxlu ağaclar var.

Qarşımda açılan sıx meşə mənzərələrindən aydın görünür ki, burda yaşayan

 

ların həyatı bu meşə və ağaclarla sıx bağlıdır…

Gölün qırağına çəkib qayığı sahilə bənd etdi.

Dəniz var gücüylə qızıl qumluğa çırpınır, geri çəkilən dalğanın yerində bəmbəyaz köpüklər qalır. Göllə ərəb dənizini heyrətamiz tərəcədə gözəl qızılı qumluq ayırır. Burada adam çox deyil, həm də təmizlikdi.

Köpük demişkən, Hindistanda sabun və salfetka tapmaq zor məsələdi.DSC_0134

Məhz qayıq gəzintisində anladım ki, bu qədər çirkə, zibilliyə yalnız möcüzəli Hindistan təbiəti dözər.

Gölün kanala çıxan hissəsində bir kokos satan qayığında oturmuşdu. İki polis ona yaxınlaşdı, hərəsi bir Hindistan snikersi götürdü, təbii, heç bir ödəniş etmədilər…

Elə oturduğu yerdə kokosun baş tərəfini kətillə kəsdi, şirəsini içdim, sonr

a dedi getmə, onu yarı böldü, içinin yeməli hissəsini qabıqdan ayırıb mənə uzatdı, təşəkkür etmək üçün əlini sıxmaq istədim, ayağa durdum. O durmadı…

Bu çox möhkəm, şən həm də qayğısız görünən insanın ayaqları yox idi…

DSC_0180

DSC_0183

 

Qayıqçı yol boyu şərait yaradırdı ki, bəzəkli quşların, mənə qəribə görünə bilən mənzərələri kamerama köçürüm.

Göldə çimənləri, paltar yuyanları, qonşu qayıqlarda gəzənləri, gölün sahilində bənd olan housebotları (qayıqevlər), özümün həm də kameramın yaddaşına köçürdüm.

DSC_0213

Çay plantasiyasına gedən gecə yolu

Kovalamda dəniz kənarında bir kafedə aşbaz, inzibatçı, xidmətçi, kassir işləyən, baxışları inam aşılıyan biri günortadan sonra çay plantasiyasına turumu təşkil etdi.

Keralanın ən yüksək hissələri çay plantasiyalarıdı, yazıldığına görə orda dövlətə mənsub  Golden Peak oteli var.  Düşündüm oteldə gecələyərəm. Növbəti gün plantasiyasını gəzib qayıdaram Varkalaya.

Trivandrumdan 80 km uzaqdadır. Amma yollar o qədər dolanbac, darısqaldır ki, yol getdikcə uzandı…

Gecələr yollar işıqlandırılmır, həm də  ətraf meşə olduğundan zülmət qarşında keçilməz divar kimi görünür.

Yağış başladı. Maşın bir azda sürəti azaltdı.  Sona az qalmış (bəlkə də çox qalmışdı) sürücü əmin etdi ki, dövlət otelində yer olmayacaq, çay kənarında başqa otelə gətirdi.

Qapılar bağlı, işıqlar sönük. Kənardan şırıltıyla axan çayın və adda budda it hürməsinin ək-sədası eşidilir.

Köhnə palçıq evin qapısını qoca bir kişi açdı, qonaq görüb otağına döndü, çiyninə bir köynək atdı.

Köynəyinin çiyinliyində yekə bir böcək oturmuşdu. Paltarına sancaqlanmış poqon kimi.

Evdən aralı, ayrıca bir otaq göstərdi, işıqlar yanmırdı. Telefonla otağı işıqlandırdım.

Özümü böcəklərin, meşə tarakanlarının çağırılmamış qonağı kimi hiss etdim. Onları yuxudan etmək fikrindən daşındım. Kəskin kif iyi verən otaqda qalmaq mümkünsüz idi…

Sürücü geridə, şəhərə daha yaxın başqa bir otelə apardı. 3 ulduz. Resepsionda vəhhabi saqqalı birisi oturmuşdu. Otağın təmizliyinə əmin etdi. 30 manat ödədim. Otaqda su yox, tualet, vanna işləmirdi. Yatacaqda üzlüklər, dəsmallarda yox idi. Burada böcəklər seyrək olduğundan qorxusu yox idi. Və birdən ağlıma gəldi ki, mən yalana etiraz edə bilərəm.

Müdir öncə pulu geri qaytarmaq istəmədi, üzümdəki mələyin yerinə içimdə əjdaha gəldi… və pulu dərhal geri ödədi.

Çay plantasiyalarını, yazıldığı kimi krokodil ferması (yüz faiz yalan), ədviyyatlar bağını görə bilmədim.  Peşmançılıq hissiylə geri döndüm.

Bir qayda deyim, onu unutmayın.

Səfərlərdə nabələd yerə gecələməyə heç zaman getməyin və xüsusən sosial güvənliyi aşağı olan ölkələrdə.

Bəlkə də mən gündüz getsəydim, elə o həmin təklif olunan otaqlara qala bilərdim.

Zahid Varkala

 Bura özünün amfiteatr görünüşünə görə fərqlənir. Sərt qayalıqdan narın qumlu çimərliyə düşürsən.

Bu sahildə gecələyən insanlar var, qumu topalayıb üstünü yastılayırlar, döşək kimi.  Torbaya girib yatırlar. Varkalanın tarixiylə maraqlananda gördüm ki, qədimdən bura zəvvarların, səyyahların duracaq yeridir. Ən qədim məbədlərdən biri də burda yerləşir.DSC_0271
DSC_0272

DSC_0278

DSC_0284

Təmiz sahillərdən biri hesab olunur. Kovalamda keflə dincələn, çəkidən əziyyət çəkən ruslar,

burada isə axtarıb öyrənən,  gəzəyən avropalılar çoxdur.

Yeri gəlmişkən gonbul hindu görmədim.  Sahil boyu adamların ətrafında qara qarğalar dolanarlar. Nə qoysan dimdikləyirlər. Hətta onlar da bir yumurtadan çıxan kimi eyni boyda həmdə balaca, elə bil qaranquşdurlar.  İtləri də qəribədir, sakit, gözləri tox, və mürgülü. Gələn gedənlərə baxmazlar, yemək təklif edirsən heç mıq eləmirlər.

 

Zahidlər, dünyadan küsənlər, özlərinə qapananları,  tərki-düya olanları burda tap

 

arsan. Insanlar yarğanın başından günəşin batmasını izləyirlər. Səhərlər dənizin qırağı enib yoqa edilər.

Sahilə düşən rus qızı təpədə yanıqlı tütək çalan uzun saç-saqqalı bir zahidə yaxınlaşıb yanında oturur. Elə heyrət və həsədlə hindusa baxır ki, sanki bu müqəddəs, günahsız məxluq qanadlarını bu dəqiqə soyunub. Bu qız eynən Kuprinin sadəlövh qəhrəmanlarıtək…

 

Burda olduğum zamanda yeganə dadlı Amerikano kofesi tapdım, günəşin yavaş-yavaş enib, qızılı rəngə dönənə, sonra isə ay kimi hissə-hissə qaranlıq buludların arxasında itənə qədər tamaşa etdim…

DSC_0338

 

 

 

Onda hiss etdim ki, deyəsən zəhərlənmişəm.

Hindistanda xəstələnmək

 

DSC_0286

 

Varkalada böyük bir məbəd var, günəş batan kimi ora getdim. Minlərlə şam yanır, sanki ulduzlu səmanı bura endiriblər.

Otelə qayıtmalıyam. Mədəmdə narahatlıq yarandı. Daim ürəyim bulanır…

Hidistanda hər zaman zəhərlənmək ehtimalı var, o üzdən viskinizi yanınızda daşıyın. Mən viskini ağır olar deyə oteldə qoymuşdum.

Varkaladan Kovalama gələn yol əsil dəlixanadır, işgəncə labirintidir,  hər bir kilometrdən bir krishna konsertləri, üstəlik maşınlar siqnal vermədən yerindən tərpənmirlər.

 

Bakıyla dostlara, yaxınlara mesaj yazıram, fikrimi dağıtmağa çalışıram.

Amma yox, deyəsən xəstələnmişəm. Zəiflədim, həm də qızdırma var, deyəsən. Birdən hər şey qıcıq yaratmağa başladı…

Oteldə viski içdim, bir az özümə gəldim, amma deyəsən keçənə bənzəmirdi. Dayanmadan su içirəm.

Ən bahalı və yaxşı sular HİMALAYdandır(?). Hər halda adı belədir.

Gecə bir oldu, yuxum gəlmir. Saat iki, gəlmir, mədəmdə ənənəvi olmayan təbəllütalar baş verir. İnternetdən Hindistanda mümkün xəstəlikləri araşdırıram. Deyəsən, məndə bütün xəstəliklərin əlaməti görünürdü.

 

Oteldən çıxdım, qabağıma Tuk-tuk gəldi, oturdum havalanına dedim.

Yolda xəstəxana gördüm, düşdüm, tuk-tuk gözlədi.

Xəstəxananın giriş zalı, oturacaqlar yatanlarla doludur. Qəbuldan reanimasiyaya yönləndirdilər. Kassaya bizim pulla beş manat ödədim.  Reanimasiyanın qapısını polis qoruyur.

DSC_0297

 

Gecə növbəsində olan həkimlər, tibb bacıları gənclərdi. Həkim xanım məni dinlədi, suallar verdi. Hər cavabıma başını təəssüflə yelləyirdi. Deyəsən gerçəkdən əməlli başlı, yaxşı bir virusa yoluxmuşam.

Kənarda söhbətləşən tibb bacılarına baxdım, hamısı öz aralarında bir birinə baş yellədirlər. Sən demə hindularda baş yelləmək bəli, təsdiq mənasını verirmiş.

Bu da Hindistanın bizdən daha bir fərqli cəhəti, olarda təəssüf bizdə təsdiq mənasını verir.

Həkim yubatmadan damara iynə vurdu, tablet yazdı. Və bir az uzandım, vahimə ötdu.

Səhəri yenidən gəldim. Professorun qəbuluna yazdılar. Bizim pulla doqquz manat ödədim. Qəbulunda azı yüz nəfər adam vardı. Nədənsə bu basabasda, xəstə halımda Bakı gömrüyündə şöbə rəisi İbrahimin qəbul otağının qapısı yadıma düşdü…

Pasientlər Koridorda ekranın qarşısında Bobbi filminə tamaşa edib növbələrini gözləyirdilər. Əslində hansı filmə baxdıqlarını bilmirəm, amma nə fərqi, hamısı eynidir.

Xahiş etdim, növbəsiz keçdim. Doktor İngiltərədə təhsil almış bir xanım idi, yanında üç köməkçi işləyirdi.

Dinlədi, köynəyimi soyundurub qarın boşluğu, mədəmi əlləşdirdi. Aparatını qulağına taxıb nəfəsimi dinlədi. Başqa bir köməkçi qoltuğuma istilikölçən qoydu. Axşam növbəsinin diaqnozunu təsdiqlədi. Zəhərlənməydi və artıq təhlükə ötmüşdü.

Həkimə müraciət edənlər hədsiz çoxdurlar, koridorlarda, qəbul otaqların qarşısında basabasdır. Amma etiraf edim ki, xəstəxanaları çox təmizdir. Həkimlərin üst-başı, təmizkarlığı o küçələri görən adamda heyrət yaradır.

Təsadüfi deyil ki, dünyanın ən yaxşı həkimləri hindulardı.

Posted by: Shahbaz Khuduoglu | February 25, 2013

Dəli Hindistan


Dəli Hindistan

Hindistanın ən cənub ştatı KERALADA üç gün

 Ikinci yazi

fotolarla

Hansı ölkəyə gedirsən get, heç zaman vaxtını yatmaqla öldürmə. Daha çox gəz. Gördüklərinin fotosunu çək, qeydlər et.

Bu mənim üçün bir qaydadır, hər yerdə əməl etməyə çalışıram.

Fevralın onu. Günəşli bir hava. Otelin turistlər üçün təkliflərinə baxdım.  Əlbəttə turist dəstəsi ilə harasa getmək daha uyğundur  amma vaxtım o qədər azdır ki, turist arxayınçılığına sığmır.

DSC_0651

Kanyakumari – bu ad mənə coğrafiya dərsindən tanışdı. Hindistanın ən cənub nöqtəsi. Üç su hövzəsinin qovuşduğu məkan. Kovalamdan Kanyakumariyə iki saat yarım, üç saatlıq yoldur.

Maşın qırx dollara aparıb gətirəcək. Rikşayla (Rickshaw) qiymət yarıya enər. Amma həm vaxt çox aparacaq, həm də çox narahatdır.

DSC_0648

Rikşa üstü bağlı kuzası olan üç təkər motosikletdır. Adam ilk dəfə minəndə qəlbinə bayram havası dolur, ətrafdan hava vurur, heç nə gözündən qaçmır, elə bil tarlada talvarda oturmusan. Bu bayram yarım saatdan sonra üfunətli və isti hava və üstəlik tuk-tukun atdı-tutdusu, əsil işgəncəyə çevrilir.

DSC_0656

Tuk-tuk adamın başına düşür. Yeri gəlmişkən bəlkə elə buna görədir ki, el dilində Rikşaya tuk-tuk deyirlər.

Hinditanda taksi iki cürdür, bir çox bahalı ciplər və tuk-tuklar, zənginlər və yoxsullar üçün. Mən tuk-tuk deyil amma onun qədər kiçik bir maşınla  getdim.

Kovalamdan çıxdım, havada 27 dərəcə istilik var, trasda maşınlar sanki buz üstündəki kimidir. Kim necə gəldi sürür.

Burada maşın rulu sağdadır, buna da maşın sürən sərnişin çətin uyğunlaşır. Gərək əsəblərini sığıb hər şeyi taleyin ümidinə buraxasan.

Sürücü söz verdi ki, mən bu yol üzərində olan bütün tarixi yerlərə baş çəkəcəm, üstəlik saat beşdə otelimə qayıdacam.

Təbii, mən inandım. Yolda bir kq çəhrayı rəngində banan, bizim pulla iyirmi qəpiyə, on qəpiyə isə kokos aldım. Sürücü dedi ki, bu rəngdə olan banan həm dadlı həm də bahadır.

Ərəb dənizinin sahili ilə uzanan yol boyu meşəliklər və tikililərdi. Hündür, yam-yaşıl kakoslar çox arxayın görünürlər. Hər tərəfində tikililər olduğundan trasdan daha çox uzun bir küçəni xatırladır.

Darısqal trası həm piyadalar, həm tuk-tuklar, həmdə yekə yük maşınları paylaşırlar.

Yalnız bir yerdə mal əti satılan gördüm. Kerala yeganə ştatdır ki, burada inək kəsməyə  icazə verilir. .

İnsanlar yollarda qaynaşırlar, kimisi nəsə satır, kimlərsə kap edirlər, hiss edirsən ki, nə baş verirsə bax elə bu yol kənarında baş verir, nə həyat varsa bax elə bu yola bağlıd

ır. Ondan kənarda yalnız səfalətdir.

Yollar tez-tez rəngli işıqlarla bəzədilmiş tənəklərin altından keçir. Əgər tənək varsa yanında hökmən bir Ashram olacaq. Ashram sığınacaq deməkdir. Bizim ocaqlara bənzəyir. Hər bir hindu ən azı gündə bir dəfə bu sığınacaqlara baş çəkib dua etməlidir. Onların alınlarına qoyulan xalda məhz Asramda qoyulur, orda olmağın nişanı kimi.

İmkan düşdükcə fotolar çəkirəm. Bəzən göz gördüyü kimi fotoya köçürtmək mümkün olmur.

DSC_0655

DSC_0654

Foksa düşməyən o qədər fotolar qaldı…

Bir neçə nəfər çayda fili çimdirirdi, fil suda uzansa da bədənin çox hissəsi çöldəydi, adamlar çöldə qalan hissəsinə qablarla su çırpırdılar…

İki təkərli motosklietdə bir ailə oturub, ata sürür, ana lap quyruqda, üç uşaq isə aralıda, başqa bir tuk-tukdan yedii-səkkiz baş baxır mənə…

Yolun kənarında ağ və uzun saçlı zahid zikr edir, ətrafı zibillik…

Başqa bir çayda bir neçə adam çimir, kimisi başına qabla su töküb bədənini əlləşdirir, digəri sudan çıxardığı paltarlarını daşlara çırpır, başqa birisi isə paltarları buruqlayıb suyunu tökür.

Ashramın qarşısında sinələrindən gül çələngi asılmış adamlar dua edirlər…

Kanyakumaridə Padmanabhapuram palace

Kanyakumariyə gedəndə bura baş çəkin. Maxaqon ağacından 17-ci əsrdə tikilmiş bir xan sarayıdır.

Xaricilərə bileti baha satırlar. Təsadüfən məktəblilərin də gəldikləri vaxta düşmüşdüm. “You are welcome”, “Hello Sir”, “hi, how are you” bu kimi sözlərlə mənə sataşırlar…

Doğrusu, belə sarayları sevmirəm. Hətta Şəki xan sarayının qarşısındakı qoşa çinar mənə daha doğmadır, nəinki onun içi. Bu sarayda eynən.

Həmişə belə yerlərdən çıxanda başımdan dəhşətli ağrılar başlayır.

DSC_0657

DSC_0664

Saraya girən kimi özündən asılı olmadan gözlərin insanlara işgəncə verilən yerləri axtarır. Mənə elə gəlir ki, bu möhtəşəm görünən abidənin içində o qədər haqsızlıqlar olub ki, hələ indidə iztirab və işgəncə halı oranı tərk etməyib.

Ayaqqabı ilə girmək qadağandır. Ümumiyyətlə Hindistanda heç yerə ayaqqabı ilə girmək olmaz. Hətta dükanlara da.

Çox sürətlə oraqlara baxıram və çıxıram.

Şair heykəli

DSC_0665

Bengal və Ərəb dənizlərinin Hind okeanı ilə birləşdiyi bir nöqtəyə gəlirəm. Və açıq mavi su üzündən başqa heç nə görmürsən, sular necə birləşir, bu birləşmə nöqtəsini kim müəyyən edib?..

Amma əmin olun, gözlə görünməyən o birləşməni adam necəsə hiss edir. Və orda, məhz həmin nöqtədə 29 metr hündürlüyü olan bir şair heykəli ucaldılıb.

Şairin adı Trivalluvardı, TRİKURAL əsəri tamillilər üçün müqəddəs kitab hesab olunur. Etimal olunur ki, bu şair eradan əvvəl iki, səkkizinci əsrdə yaşaya bilər. Qalan onun həyatı ilə bağlı heç nə heç kimə bəlli deyil.

Unutdum deməyə, bu yerlərin əhalisi tamilcə danışır, ümumən Hindistanda bir-birindən tam fərqlənən 17 yerli xalqlara mənsub dil var.

Suvenirlər satılan dükanlar, kimsəsizlər, dilənçilər, zibilliklər, dəniz havasını udan üfunət…

Mənim yarım saat vaxtım var, şair heykəlinə getmək üçün qayığa minməlisən. Bilet aldım, amma növbə o qədər uzun idi ki, yalnız iki saatdan sonra növbəm gələçəkdi. Az sonra növbədən

çıxdım…

Uzun yolu gəlmək və burda ürəyin istəyən qədər qalmamaq, günün batmasına bu quru sətin bitdiyi yerdən tamaşa etməmək, müəmmalı şair haqqında söz söhbət dinləmədən, yerli adamlarla heç bir ünsiyyət imkanı olmadan geri dönmək… dilxor oldum.

Suchindram məbədi

Sizə maraqlı olsa bu məbədin adını yazıb internetdə haqqında məlumat alın. Xan sarayının ağır havası, Konyakumarinin məyusluğunu üstümdən atıb bu məbədə girdim.

DSC_0720 DSC_0673 DSC_0674 DSC_0679 DSC_0682 DSC_0695 DSC_0703 DSC_0718DSC_0672DSC_0695DSC_0686

Bütün məbədlərdə dualar saat 16-da başlayır. Düz məqamına gəlmişdim. Hamıiyla birgə məbədə girdim, içəridə foto yasaqdır.

Qurşaqdan yuxarı çılpaq və təbii ayaqyalın olmalısan.

Bu məbəd həqiqətən möcüzədir. İçində min ədəd kamasurta heykəli var. Xüsusi səs çıxaran daş sütunlarda istənilən musiqini ifa edə bilərsən…

Bir fırıldaqçı məni məbəd boyu gəzdirdi, məbədin özəlliklərini izah etdi. Və sonra  xidmətinin müqabilində bir miqdar para istədi. Mən də onun dediyinin yarısını verdim. O da razılaşmaya bilmədi.

Məbəddən xoş hisslərlə, məyusluğu və yorğunluğu itmiş, xəyallar qurmağa çalışan adam kimi ayrıldım. Yolda bir kq banan aldım, yarısını sürücüyə verdim.

Sürücünün dediyindən iki saat gec, yeddidə otelə çatdım.

Hindistanda bir müqəddəs qayda müəyyən etdim, ünsiyyətə girdiyin hər kəs səni aldatmağa çalışır… Yalan o qədər vərdiş ediblər ki, heç nə almasan belə yenə aldadırlar. Və bir müddətən sonra sən daha doğru barədə düşünmürsən…

Posted by: Shahbaz Khuduoglu | February 22, 2013

DƏLİ HİNDİSTAN


DƏLİ HİNDİSTAN

Fevralın 10-17-də Hindistanda oldum.  Bu səfər çox təsadüf, planlaşmadan alındı. Necə deyərlər, Hindistanın öz təbiətinə uyğun.  Zarafat-zarafat bir də gördüm ki, ordayam.

Mən bir qərarı qəbul edəndə onu dərhal icra etmək istəyirəm.  Əks halda o heç zaman icra olunmayacaq.

Hindistan dadıyla, təbiəitylə, rəngiylə tam fərqli bir ölkədir, fərqli bir coğrafiyadır. O, bu dünyaya bənzəmir. O, bizim dünyanın heç bir standartına uyğun gəlmir. Hətta o həddə ki, aramızda digər ölkələrlə bir, iki, yaxud üç saat fərq olduğu halda Hindistanla saat yarımdır.

Hindistanda yemək qıtlığı var, amma hər yer yemək qoxuyur. Hər yerindən musiqi sədası gəlir. Bu dəli məmləkətdə hər şey rənglidir, ağ-qara, boz yalnız insan həyatının özüdür.

Yollarda avtomobillər o qədər nizamsız, kortəbii, xaotik hərəkət edir ki, adamın başı gicəlir, amma qəza baş vermir.

Sürücülər bir-biriylə avtomobillərin siqnal səsiylə danışırlar. “Salam”- bir dəfə gur, “yol ver” iki dəfə asta, “hara soxulursan gözlə” üç dəfə gur və sair siqnallar verirlər. Siqnallarla çox axmaq və tərbiyəsiz söyüşləri də eşitmək olur.

Masala, Karri ədviyyatının ətri, yanından ötən lüt-üryan adamlardan deyil, hətta axşamdan küçələrdə yandırılan zibilliklərdən də gəlir.

Darısqal küçələr boyu açıq kanalizasiya arxı,   yanında isə çirkli səkilər uzanır.   O çirkli səkilərdə uzanan, sadəcə oturub fikrə dalan, yaxud yüngül bayıra gedən adamlar sanki o çirkli təbiətin bir parçasıdır.

Və burda həyat bu qədər sadə: təki yemək olsun, qalan hər şey düzələr… Bəzən heç yemək də lazım deyil, bunu tənhalığına çəkilmiş, gün boyu yerindən bir qarış belə hərəkət etməyən asketlərin həyatında görürsən.

Hindistan filmlərinin on illərdi dəyişməyən melodramatik ruhu hələ də Hindistanı bambılı günündə saxlayır. Bəlkə də buna görə zəngini ilə yoxsulu arasında bu qədər dərin uçurum olan bir məmləkətdə min illərdi inqilabi dəyişiklik baş vermir. Min illərdi kasıb elə əvvəlkitək kasıb zəngin isə zəngin olaraq qalır. Orta təbəqə deyilən anlayış yoxdur.

 Mahnı oxuya-oxuya sevgilisini tutmağa çalışan bir hindistanlı görməzsən, amma “Ser gedəndə özünlə məni də apar, hansı iş desən işlərəm” – bunu oturduğum hər bir taksi sürücüsündən eşidirsən.

Hindistanın melodramatik ruhu yalnız hər gün çoxlu TV-lərdə göstərilən filmlərdə deyil, həm də küçələrdə səsgücləndiricilərlə yayılan mahnılarla zənginləşdirilir.

Kovalamın qızıl qumu və qara balıqçıları

Cənubi Hindistanda balıq ovu (Fotoreportaj)

 

Deli (Delhi)  kitab yarmarkasından sonra Hindistanın ən cənub ştatı Keralaya uçdum. Mərkəzi şəhəri Trivandrum havaalanından çıxanda qapıya boylanan  o qədər başlar və gözlər gördüm ki, həyəcandan ayaqlarım əsdi.

Sonra öyrəndim ki, ailədən bir nəfər haradansa gəlirsə onu qarşılamağa hamı çıxır.

Gecə saat 3-dür. Balaca bir maşınla Kovalamda rezervasiya etdiyim otelə getdim. Taksi 500 rupi aldı.

Kovalam kokos meşəsi mənasını verir. Trivandumdan Ərəb dənizinə doğru 16 km  məsafədə yerləşir.

Krişna mahnılarının səsinə oyandım. İnduslara görə bu səhər duasıdır.

DSC_0737

Sahilə endim. Sahil qumu qızılı rəngə çalır. Balıqçılar sübhə yaxın atdıqları toru yığırdılar. Tor təqribən 1-2 km məsafəni tuturdu.  Anlamadığım bir nəğmə oxuyurdular. Bizdə ot biçimini xatırladır. Harra, Hall llall loo, Harra, Hall llall loo, Hall llall loo oxuyub təkanlarla toru dartırdılar. Əvvəlcə kənarda dayanıb tamaşa etdim. Seyrçilik uzun sürmədi, bir müddətdən sonra onlarla birlikdə tor çəkir və nəğmə oxuyurdum.

 DSC_0738

Orda olduğum üç gün ərzində hər səhər tor çəkib, nəğmə oxudum.DSC_0753

 DSC_0882DSC_0764DSC_0738DSC_1056DSC_0914

DSC_1031

İlk gün kömək edəndə haradan olduğumu soruşdular. Nə qədər Azərbaycan dedimsə kimsə anlamadı, kənardan guya ingiliscə daha yaxşı başa düşən hindu “Amerkadansan”, soruşdu, məndə “bəli” dedim. O gündən mənə hər kəs amerikalı kimi baxırdı.

 DSC_1045DSC_1056

Görəsən niyə bu qədər rusun dincəldiyi bir yerdə rus, avropalı deyil amerikalı zənn etmişdilər. Yəqin onların da təsəvvüründə yardımçı, rəhmdil, əltutan bir amerikalı obrazı var idi.

 DSC_0872DSC_0986DSC_0984DSC_1008DSC_0902DSC_0901DSC_0882DSC_0954DSC_0981DSC_0978DSC_1021

Balıq toru dənizin gözlə görünən hissəsini əhatə edir. Sübh duası vaxtı tor atılır, günəş qalxanda yığılar.

Balıqçılar toru iki ucdan yığır, hər ucundDSC_1007an on dörd on beş nəfər dartır. Torun dənizdə olan hissəsini isə qayıqdakı balıqçılar qaldırır.

Mən toru atmanın yox yalnız yığmanın iştirakçısı ola bildim. Bir neçə saat dayanmadan tor dartmaq həm səbir, həm də tükənməz güc tələb edir.

Bəzən o qədər geniş məsafədən saatlarla xeyli adamın dartdığı tordan beş altı kq lıq balıq çıxır. Bu isə onların yəqin heç yeməyinə çatmır. Buna baxmayaraq onlar bu işi hər gün görürlər.  Hall llall loo deyə-deyə.

Posted by: Shahbaz Khuduoglu | March 27, 2012

Kitabı özünə dost seçənlər


Kitabı özünə dost seçənlər

Bookclubin bir yaşına

İlk kitab müzakirəsinə başlamağın həyəcanı hələdə qalıb, Travels kafedə oturub, saat 12-də başlayan kitab müzakirəsinin formatını götür-qoy edirdim, “hə deyəsən artıq nəsə tapmışdım”.

Nigar xanıma zəng etdim, BookClub in ilk toplantısı ilə bağı ağlımıza gələn variantları müzakirə etdik.

Bookclub – Əli və Nino kitab dükanları şəbəkəsinin Azercell-lə birgə həyata keçirdikləri layihə idi. Əli və Nino özünün Facebook səhifəsində BC yaranmasını yazdıqdan sonra kitab oxumağı hobbi hesab edənlər bu ideyaya qoşuldular. Beləliklə, 120 nəfər üç qrupa bölünərək 6 ay ərzində hər həftənin bazar günü bir kitabı müzakirə etdik.
Layihə 6 aydan sonra bitdi, amma, BC kitab müzakirələrini dayandırmadı, əksinə müstəqil qurum kimi özünün varlığını FBda şəbəkə yaratmaqla bəyan etdi.

Müzakirələr yerli müəlliflərin əsərlərindən başlanmışdı. Məqsəd öz ədəbiyyatımızı tanıtmaq idi. Əvvəlcə, MKM də qısa siyahıya düşən, sonra “Ən yeni ədəbiyyat” və “Birinci kitab” seriyalarında nəşr olunan kitablar müzakirə edildi.
İndi isə BC yalnız yerli deyil, xarici ədəbiyyatı da müzakirə edir və hər müzakirədən sonra növbəti müzakirə üçün kitab seçilir.

Əvvəlcə ürkək baxışlarla bir-birini tanımağa çalışan, danışmağa ürək olsa da amma sözü quraşdırıb deyə bilməyən gənclərin indiki müzakirələri bəzən çox amansız olur, hər özündən deyən yazıçı bu gənclərin tənqid, layiq olduqları zaman təriflərinə duruş gətirə bilmirlər.

Yay günlərinin istisini kürəklərində dadanlar çimərliklərə axışdıqları vaxt, biz Əli və Nino kitab kafesində kitabların qaynar müzakirələrini aparırdıq. Müzakirələrə qatıla bilməyənlər kitablar haqqında resenziyalar yazıb FACEBOOKda paylaşırdılar.

İndi onlar yalnız danışmırlar, həmdə yazırlar: oxuduqları kitablar haqqında danışmaqla söz bitməyəndə. Əsas odur ki paylaşırlar, kitabları, kitablardakı fikirləri, üstəlik öz mövqelərini. Maarifçi cəmiyyət üçün çağırışlar edirlər. hər yerdə, hər fürsətdə Kitabın təbliğatını aparırlar. Park Bulvarda “ƏDVyə YOX DEYƏK, KİTABA DƏSTƏK VERƏK!” çağırışıyla Flash mob etdilər. Daha bir fədakarlıq nümunəsi hələdə davam edir, NOVRUZ BAYRAMInda onlar bayramın ləzzətini kitab dükanlarında kitab satmaqla çıxardılar.

Əgər metroda, yaxud digər ictimai nəqliyyatda, küçədə nümayişkaranə formada kitab oxuyan görsəniz bilin ki o bizim Bookclubçudır. Əgər qəfil qapınız döyülsə sizə kitab hədiyyəsi gətirsələr, bilin ki onlar bizik. Əgər unudulmuş bir kənd kitabxanasına yeni kitablar gələrsə bilin ki, onlarda Bookclubçılardandır.

Dünən BC-çılar elan olunduqları günü qeyd etdilər. Düzdür onlar 120 nəfər deyil, azdılar, amma Azərbaycan gəncliyinin say-seçmələridir. Ən müxtəlif sahələrdə çalışmalarına, yaxud təhsil almalarına baxmayaraq kitab kimi ortaq bir dəyərlərə sahibdirlər.

Əmin ola bilərsiniz, gələcək yazıçımız, kitabçımız, siyasətçimiz, sənətçimiz, layiqli vətəndaşımız məhz bu çevrədən çıxacaq. Kitabı özünə dost seçənlərin çevrəsindən.

Yaşınız və yaşımız mübarək olsun!

Şahbaz XUDUOĞLU

Posted by: Shahbaz Khuduoglu | March 7, 2012

Kitabın dəyəri


Bu yaxınlarda qohumlardan biri 60 illiyi ilə bağlı kitab nəşr etmək arzusunu bildirdi. Ortaq mövzumuz kitab olduğundan söhbət uzandı, sən demə hələ çapa hazır vəziyyətdə olan şeir kitabı da varmış, üstəlik həvəslənib bir-iki şeirdə oxudu. Dedim lütfən, kitabı sevirsənsə onda tərcümə et, bir klassikin əsərlərini tərtib et, ya da heç olmasa kompüterdə yığ, amma şeir yazma. Dedi, nə danışırsan bu mənim həyatımdı, əks halda ölərəm, bu sözləri o tam ciddiliklə dedi, və təbii mən yaxın qohumu itirmək fikrində olmadığımdan dedim o zaman yazmağına davam et.

Hüzr yerinə gedəndə daha bir qohum məni kənara çəkdi ki, 50 illiyimlə bağlı kitab hazırlayıram. Dedim axı nəyə lazımdı, 1500-2000 manat pulun gedəcək, bəlkə də o pula sən həyatın və uşaqların üçün vacib olan işlər görə bilərsən.
Dərhal üzü döndü, rəngi qaraldı, qaşlarını çatdı, “bəs sən o filankəs üçün 60 illiyinə kitab buraxırsan?” “Yox, hələ buraxmıram, saxlamışam, sənə dediyim fikirləri ona da demişəm”. “El oba, filankəslər, filankəslər (bir-bir adları çəkir) yubileylərinə kitab buraxıblar, bəs mən niyə buraxmayıb, rayon qəzetində yazılarımda çıxıb, haqqımda dostların fikirlərini toplamışam”.
Nə deyəsən, adam düz deyirdi.
Doğrusu bilmirəm, hər kəsin özü haqqında kitab buraxdırması yaxşıdır ya pis. Təkcə bildiyim bir şey var ki, qışda ocağının odunu, daimi suyu, nəhayət tabağında kifayət qədər çörəyi, heyvanın yemi yoxdur bu adamların, evləri nalına qədər palçıq içindədir. Uşaqlarının dərs kitabları, qələm dəftərləri, əlavə oxu kitabları da yoxdur. Amma onlar kitab nəşr etmək istəyirlər…


Şahbaz Xuduoğlu: “Axı oxucuların zövqünü nə ilə korlamışıq..?” (MÜSAHİBƏ)
11.02.2011, 14:50
Modern.az saytı tanınmış naşir, “Qanun” nəşriyyatının direktoru Şahbaz Xuduoğlu ilə müsahibəni təqdim edir.

– Şahbaz bəy, sovet dönəmi ilə indinin müqayisəsində kitab oxuyanların sayını necə qiymətləndirmək olar?

– Məncə keçmiş SSRİ vaxtında vəziyyət bu qədər acınacaqlı deyildi. Çünki, o zaman Azərbaycan dilində çıxan kitabların orta tirajı 5 min olurdu. Bu tirajların hardasa 70 %-i kitabxanalara yayılırdı. Qalan tiraj isə çoxsaylı kitab dükanları və kitab kioskalarına satışa çıxarılırdı. Rayonlarda olan oxucular əsasən kitabxana şəbəkəsi vasitəsilə kitab alırdı, Azərbaycan dilində oxuyanların əsas hissəsini də rayonlardakı oxucular təşkil edirdi. İndi nə o şəbəkələr var, nə də o vaxtkı oxucular. Bakıda isə 80% kitab oxuyucuları rus dillilərdir. Bu, kitab bazarında, kitab dükanlarında aparılan sorğunun nəticəsidir. Baxmayaraq ki, Azərbaycan dili dövlət dilidir, baxmayaraq ki, bütün dövlət yazışmaları Azərbaycan dilində aparılır, bütün dövlət təhsil ocaqları bu dildə təhsil verir, amma, bu dildə kitab oxuyanlar yoxdur. Nə qədər acınacaqlı olsada bu faktdır.

– Bunu intellektual səviyyə ilə əlaqələndirmək olar, yoxsa siz dediyiniz kimi, yalnız bölgə məsələsi burda əsas rol oynayır?

– Oxumaq təhsillə bağlı bir məsələdir. Azərbaycan məktəblərində, Azərbaycan dilli məktəblərdə ümumiyyətlə təhsil verilmir. İndi türk məktəblərində təhsilin səviyyəsi daha yüksəkdir, bir də rus məktəblərində. Ona görə də türk dilində olan kitabların da oxunaqlıq səviyyəsi artmaqdadır. Azərbaycan dilində təhsilin səviyyəsi aşağı olduğu üçün kitab oxuyan da yoxdur.
Sovet dövründə olduğu kimi, Azərbaycan dilində kitaba tələbat əsasən regionlardadır, ora da kitab getmir. Yəni rayonlarda kitab dükanları olmadığına görə, ora kitab göndərilmir.

– Bu məsələlərdə bəlkə oxucuların zövqlərini korlamışıq? Bu da kitab oxunmamasında bir amil ola bilərmi?

– Axı oxucuların zövqünü nə ilə korlamışıq..? Həm də onların zövqünü korlayan kitab da yoxdur. Televiziyalar mügənnilər hesabına musiqi zövqünü korlayıblar. Kitab sahəsində isə belə hal yoxdur. Əgər bilsəydik ki, bizdə sarı ədəbiyyat oxunur, onda carə bulunardı, məsələnin mürəkkəbliyi ondadır ki, bizimkilər heç sarı ədəbiyyatı da oxumur.
Mən doğrusu bunun diaqnozunu müəyyən edə bilməmişəm ki, hansı səbəbdən Azərbaycan dillilər kitablardan imtina etdilər. Məncə, ümidsizlik, etimadsızlıq onları kitabdan imtina etdirdi. Həm də o insanlar kitabda da həqiqəti tapa bilmədilər. Rus dilində oxuyanlar yerli müəllifləri deyil, əsasən xarici müəllifləri oxuyurlar. Bəlkə, doğma dildə yazan inanılası, etibar olunası müəllif qalmayıb? Əvvəllər əsərləri əl-əl gəzən yazarlar var idi. Onların imici tamam dağıdıldı. Demək yazıçı kultu dağıdılsa da, heç olmasa onda maraqlı və cəsarətli mətn olmalıdır. Görünür Azərbaycan oxucusu Azərbaycan dilli yazarların əsərlərində maraqlı mətn axtarışında da pessimizmə uğrayıb. Amma hər halda deyə bilmərəm ki, bu proses sıfır nöqtəsindədir. Artıq sıfır nöqtəsindən tərpənib, inkişaf edir. İnsanlar arasında müəyyən qədər maraq oyanıb. Amma bu da kifayət qədər deyil. Bizim sayımıza görə, bu rəqəmlər çox gülməlidir.

– Maraqlı bir məqam var. Azərbaycanda son illər belə bir proses başlayıb, hər hansı debat olanda hər kəs özü danışmaq istəyir, kiməsəyə qulaq asmaq istəmir. Həm də hər kəs kitab yazmaq istəyir, amma heç kim başqasının kitabını oxumaq istəmir. Bu məqamı necə qiymətləndirirsiniz?

– Mən deməzdim ki, hər kəs kitab yazmaq istəyir. Amma bir-birinin kitabını oxumamaq faktı düzdür. Kitab müzakirə olunmur. Əgər kitab müzakirə olunursa, onda onu hər kəs oxumaq məcburiyyətində qalar. Çünki onun haqqında nəsə demək məqamı gələndə gərək fikir bildirsin. Məncə, çox yazanlardan şikayətlənmək lazım deyil. Qoy hər kim nə qədər bacarırsa, yazsın. Ən pis yazıçı ən yaxşı oxucudur. Yəni yazmaqdan kiməsə ziyan olmaz, əksinə, həm özünə, həm ətrafına, həm də cəmiyyətə xeyri var.

– Son illər Azərbaycan mühitində hər hansı hadisə yaradacaq kitaba rast gəlmisinizmi?

– Doğrusu, belə bir kitab görməmişəm ki, hadisə olsun, hər kəs gedib onu axtarıb tapsın. Məsələn, Turqut Ərin kitabı kimi… O miqyasda Azərbaycanda rezonans yaradan kitab yoxdur. Təbii ki, mən “Ən yeni ədəbiyyat” seriasından çıxan kitabları uğurlu hesab edirəm. Bu kitablar mətbuatda kifayət qədər müzakirə olunur.

– Siz aktiv jurnalistika ilə məşğul olurdunuz, indi isə ara-sıra fikirlərinizi görürük. Jurnalistikanın indiki durumunu necə qiymətləndirirsiniz?

– İndi jurnalistika zəif, küncə sıxılmış vəziyyətdədir. Ola bilər ki, jurnalistlər üçün təzə bina tikilsin, onlara ev verilsin. Ola bilər ki, müəyyən qəzetlərə daha yaxşı şərait yaradılsın və orada işləyən jurnalistlər özlərinin sosial təlabatlarını ödəyə bilsinlər. Azad mətbuatın həqiqi dəyərini bilməyənlər üçün bu tədbirlər mətbuata qayğıdır.
Məncə bu, Azərbaycan mediasının inkişafına səmimi xidmət deyil. Azad mətbuat üçün əvvəlcə mühit yaradılmalıdır. O mühit yoxdur.
Gərək azad mətbuat hakimiyyətin bütün qanadlarını qorxmadan tənqid edə bilsin, ictimai maraq kəsb edən gizli məqamları üzə çıxarsın, istədiyi bir məlumatı istənilən yerdən əldə edə bilsin, Azərbaycanın istənilən nöqtəsinə yayıla bilsin.

– Siz son zamanlar Azərbaycanda hansı telekanallara baxırsız və hansı proqramları izləyirsiniz?

– Bu gün (iki gün öncə-red) səhər-səhər mən AzTV-yə baxdım. Orada heyvanlardan danışırdılar. Digər kanala – “Space”yə baxdım, orada da konsert gedirdi. ATV-də də konsert gedirdi. ANS-də cizgi filmi gedirdi. Daha sonra İTV-yə çevirdim, orada da mahnı oxuyurdular. Bax, Azərbaycan televiziyalarının ümumi mənzərəsi budur. Bu mənzərə ilə sən günün istənilən vaxtı rastlaşa bilərsən. Təbii ki, bir axşam xəbərlərindən başqa. Bu mənada bizim kanallara baxmaq olmur. Məcbur olursan ki, Türkiyə və Avropa kanallarına baxasan. Məncə, hər hansı mətbautın – bu istər çap, istər elektron olsun, gücü cəmiyyətdədir. Mətbuat cəmiyyətdən o zaman güc ala bilir ki, cəmiyyətdə olan məlumatları dərhal yaya bilsin. Amma bizdə mətbuat cəmiyyətdən ayrıdır. Hadisələri olduğu kimi işıqlandıra bilmirlər.

– O zaman 10 il öncəki mətbuatımız üçün darıxdığınız vaxtlar olubmu?

– Mətbuat cəmiyyətin ritmini diktə etməlidir. Mətbuat demokratik cəmiyyətin şah damarıdır. Azad olmayan mətbuatla irəli getmək olmaz. Rejim demokratikləşmə, açıq cəmiyyyət kimi ifadələrə ikrahla baxır. Bu mənada biz köhnə mətbuat üçün yox, ümumiyyətlə azad mətbuat üçün darıxmalıyıq. Söhbət müstəqil, qorxmayan, həqiqəti yazan, cəmiyyətin maraqlarına xidmət edən mətbuatın olmasından gedir.

– Jurnalist dostlarınızla əlaqə saxlayırsınızmı?

– Mən özümü onlardan heç də kənarda hiss etmirəm. Kiçik bir bloqum var. İmkan olanda orda yazıram. Sonra siz bilirsiz ki, mənim əsas işim kitab nəşr etmək, kitab bazarına yeni kitablar gətirmək, yeni yazarlar axtarmaq, onları cəmiyyətə tanıtmaq və ümumiyyətlə kitabı gündəmə gətirməkdən ibarətdir. Məncə, yazı sənətinin adamları hamısı birdir, istər jurnalistika, istər nasirlikdə olsun, bunları birləşdirən bir fəaliyyət növü var. Bu da yazmaqdır. Bu mənada mən bu çevrədən ayrı deyiləm.

– Dediniz ki, kitabçılığın və jurnalistikanın əsas göstərici yazıdır. Sizcə, bunun oxşar və fərqli cəhətləri nədən ibarətdir?

– Qəzet jurnalistikası cəmiyyətin gündəlik döyünən qəlbidir. Bu cəmiyyət gündəlik nə ilə nəfəs alır, hansı qayğıları var, hansı problemləri var, bax, qəzet jurnalistikasının işi bunları yazıya almaq və cəmiyyətə çatdırmaqdır. Amma kitab elədir ki, orda da informasiya var, ancaq orda məlumat daha çox təhlil xarakreti ilə seçilir. Bu daha çox əsaslandırılmış və köklü bir təhlildir. Məncə, bunlar bir-birinin ardıdır. Bunlar bir-birini tamalayır. Yaxşı qəzet oxuyan, elə həm də yaxşı kitab oxuyan deməkdir və əksinə yaxşı kitab oxuyan elə yaxşı qəzet oxuyan deməkdir. Yaxud yaxşı qəzet yazan elə yaxşı kitab yazan deməkdir. Amma indiki halda qəzetlərin imkansızlığı ilə barışmamaq üçün kitab yazmaq önə gəlməkdədir. Biz insanların kitaba olan etimadını qaytarmalıyıq. Daha maraqlı kitabları və oxunaqlı kitabları oxuculara təqdim etməliyik. İnanıram kitab Azərbaycanda əvvəlki gücünə qayıdacaq.

– Sizin rəhbərlik etdiyiniz nəşriyyat kitabla bağlı hansı yeniliklər etmək planlaşdırır? Nələr etmək fikrindəsiniz?

– Bizim bir çox seriya nəşrlərimiz var. Bunlar davam etdiriləcək. “Ən yeni ədəbiyyat” seriyası və “Bir inçi kitab” seriyası- yəni yeni başlayan yazarlar üçün onların ilk kitabları, bu seriya davam edəcək. Bu il iki Nobelçinin əsəri çap olunub və bunlar hamısı müəllif hüququ alınmaqla Azərbaycan dilinə tərcümə olunub. İndi ingilis dilindən, fransız, alman və başqa dillərdən tərcümə kitablarımız var. Bu işlərimiz də davam edəcək. Eyni zamanda biz artıq uşaq kitablarının nəşrinə də başlamışıq. “Əli və Nino” nəşriyyatı ilə bu istiqamətdə əməkdaşlığımız var. Bu müxtəlif yaş qruplarını əhatə edən uşaq nəşrləridir. Bundan savayı biz dünya klassiklərinin əsərlərini nəşr etmək niyyətindəyik. Müasir yazıçılarımızın əsərləri də çap olunur. Həmçinin bu yaxınlarda Sabir Rüstəmxanlının və Seyran Səxavətin kitabı çap olundu. Əkrəm Əylisli yeni kitabını nəşriyyata verməyi planlaşdırır. Çingiz Abdullayevin kitabları Azərbaycanda pirat yolla nəşr olunurdu. Hazırda onun əsərlərinin azərbaycanca nəşri və yayım hüquqlarının alınması barədə danışıqlarımız gedir.

– Qarşılaşdığınız ən böyük problemlər nədən ibarətdir?

– Kitab Kollektoru deyilən bir təşkilat var. Mədəniyyət və Turizm Nazirliyinin nəzdində fəaliyyət göstərir. Bizdən kitab alıblar, haradasa 13-14 min manat bizə borcları var, ödəmirlər. Yəni bu ən böyük dövlət kitab yayım qurumudur.
“Mertoservis” qurumu var ki, metrolarda kitab satır, amma bizim kitablarımızı almır. Yalnız qanunları yayır, bədii ədəbiyyatı yaymır.
Sanki dövlət strukturları istəmirlər ki, Azərbaycan dilli kitablar artsın, yayılsın və insanlar tərəfindən oxunsun. Qanunvericilik səviyyəsində də kitaba güzəşt olmalıdır. Kitabdan vergi tutulmamalıdır, kitab kağızından vergi tutulmamalıdır. Ölkə prezidenti İlham Əliyevin sərəncamı ilə çıxan kitabları bir nəşriyyat buraxmamalıdır. Söhbət əgər kitaba dəstəkdən gedirsə, niyə tenderlərdə bütün nəşriyyatlar iştirak etməsin? Dərslikləri, prezidentin fərmanı ilə çıxan kitabları yalnız bir nəşriyyat buraxır. Bunlara heç ictimai nəzarət də yoxdur. Bizim bəzən heç məlumatımız da olmur ki, həqiqətən bu kitablar fərmanda nəzərdə tutulan sayda çıxır, yoxsa yox.

– Kitabla bağlı qanunvericilikdə çatışmamazlıqlar varmı?

– Əlbəttə, mən dedim ki, qanunda müəyyən olunmayıb. Məsələ burasındadır ki, kitabxanaların inkişafı ilə bağlı dövlət proqramı var. Bu proqramda göstərilir ki, Azərbaycan kitabxanalarının 0.7%-i müasir standartlara cavab verir. Həqiqətən də 5 min kitabxanadan 3 mini qalıb ki, bunların da yalnız 70-80-i işlək vəziyyətdədir. Qalanı heç işləmir də. Ümumiyyətlə, mən hesab edirəm ki, kitab sahəsinin ciddi dəstəyə ehtiyacı var. Bunu Mədəniyyət və Turizm Nazirliyinin tərkibində etmək mümkün deyil. Bu nazirlik əsasən adının ikinci hissəsinə xidmət edir, bəzən özüdə bir nəşriyyat funksiyasını yerinə yetirir. Azərbaycanı turistlərə tanıtmaq baxımından kitablar nəşr edir. Hamısı yüksək keyfiyyətlə və böyük xərc tələb edir. Amma hara paylanır, harda satılır bilinmir. Azərbaycan kitabı dünya kitab yarmarkalarında zəif işrtirak edir. Əslində Mədəniyyət və Turizm Nazirliyi şərait yaratmalıdır ki, nəşriyyatlar getsinlər. Nə üçün imkansız Gürcüstan Frankfurt kitab yarmarkasında özünə 120 kv.m, Ermənistan 220 kv.m, amma Azərbaycan yalnız 8 kv.m yerdə öz kitablarını nümayiş etdirir? Əgər nazirlik səviyyəsində təmsil olunursa, heç olmasa böyük yer alınsın.
Maraqlıdır, hər il nazirliyin işçiləri dövlət büdcəsi hesabına müxtəlif yarmarkalarda iştirak edirlər. Görəsən onlar bu vaxta qədər hansı xarici yazıçının əsərlərinin bizdə nəşri üçün müəllif hüquqlarını alıblar? Yaxud əksinə, hansı yazıçımızın xarici ölkələrə əsərlərini satıblar?

Anar RÜSTƏMOV

Posted by: Shahbaz Khuduoglu | February 2, 2011

Azərbaycana yaxınlaşan zəlzələ qorxusu


Azərbaycana yaxınlaşan zəlzələ qorxusu

Misir hadisələrini diqqətlə izləyirəm. Hüsnü Mübarək hələ də dirəniş göstərir. 30 illik vəzifəsini tərk etmir. Amma daha ailəsi, uşaqları var dövləti Misiri tərk edib. Barak Obama demokratiya insanı kimi, Ərdoğan isə bir müsəlman olaraq ona qan tökmədən getməyi tövsiyə etdilər.
Dünən meydanlarda 2 milyon insan onun getməsini tələb edirdi. O isə “bir daha namizədliyimi verməyəcəm” dedi, amma istefa vermədi. Əslində çox acınacaqlı durumdadır Mübarək. O daha əmindir ki, Misirdən salamat çıxmayacaq. Bu gün meydanlarda asılan müqəvvasının yerinə özü olacağını təxmin edir yəqin.
Bunlar hamısı bir yerə qalsın. Mənim ürəyimi başqa məsələ ağrıdır. Küçələrdə insanlar qırdırılır, vətəndaşlar üz-üzədir. Misirin tarixi muzeyləri dağıdılır, binalara hücum olur, dükanlar soyulur. Böyük iqamətgahlar yağmalanır. Proses uzandıqca aqresiya daha da artır. Təbii bu belə olur.
Tunis, Misir, Səudiyyə Ərəbistanı, Livan, Sudan etiraz aksiyaları sunami kimi Ərəb qitəsini devirməkdədir və devirəcək.
Əmin olun, biz bu prosesdən uzaq deyilik. Məncə Misiri bu yerüstü zəlzələ ilə üz-üzə qoyan əsas səbəblər seçki və korrupsiya oldu. Hamımız bilirik ki, bizdə seçki keçirilmir və bu proses primitiv bir tamaşadır. Korrupsiya və rüşvətxorluq isə hamını boğaza yığıb.

Mən hakimiyyəti Misirin faciəsi ilə üzləşməmək üçün bəzi tədbirlər görməyə səsləyirəm.

1) Gömrükdə, Vergidə, hüquq mühafizə orqanlarında aşağı səviyyədə olan rüşvət yığışdırılmalıdır, sərhəd məntəqələrindəki süründürməçilik olmamalıdır.
2) Təhsil və səhiyyədə leqal maaş artırılmalı və rüşvətə son qoyulmalıdır. Dövlət müəssisələrində qanunun tələb etdiyi kimi təhsil və səhiyyə pulsuz olmalıdır. Təhsil ocaqları rektor seçimlərində sərbəst olmalıdır.
3) Məhkəmə sistemində dərhal islahatlar aparılmalı və vəkillik institutu gücləndirilməlidir.
4) İqtisadiyyatda olan aşağı səviyyələrdəki inhisarlaşma götürülməlidir. Mikro-iqtisadiyyatın inkişafına şərait yaradılmalıdır.
5) Əhalinin əsas narazılıq mənbəyi kimi yol polisləri rüşvəti dayandırmalı, süni rüşvət mənbəyi olan texniki baxış ləğv olunmalıdır, İnzibati hüqüqpozmalar haqqında qanunda dəyişiklik etməli – ya cərimə, ya da bal sistemi saxlanılmalıdır.
6) Əhalinin sərbəst toplaşmaq hüququ tanınmalıdır. Dövlət orqanları vətəndaşların şikayətlərinə həssas yanaşmalıdır. Nazirlər, dövlət aparatını təmsil edənlər vətəndaşların qarşısına çıxmalıdır.
Əslində bu siyahını daha da uzatmaq olar. Amma mən kütləvi narazılıq olan ünvanları göstərdim. Əlbəttə böyük korrupsiya mənbələrinə toxumadım. Məsələn tenderlərin keçirilməsi, təmir-tikintidə olan yeyintilər, büdcə xərclərinin mənimsənilməsi, neft gəlirlərinin xalqdan gizlədilməsi və s.

Posted by: Shahbaz Khuduoglu | January 20, 2011

Uzaqlaşan vahimə


Uzaqlaşan vahimə

Həmin gecə Salyan kazarmasının qarşısında idim, təkərlərdən böyük ocaq çatmışdıq. Bizə doğru yaxınlaşan tanklardan aramsız atəşlər açılırdı, parlayan güllələr binalara dəyib qığılcım saçırdı. Dəstəmizə lap az qalmış tankların lülələri adamboyu endirildi. Parlayan güllələr başımızın üstündən, qulağımızın dibindən vıyıltıyla keçirdi.
Aramızda söhbət oldu ki, heç kim tərpənməsin, eləcə də hərəkətli müqavimət olmamalıdır. Uşaqlar daş, yaxud butulkalar ata bilərdilər. Bu da onların bizi güllələməsi üçün əsas olardı.

Onda hiss etdim ki, güllə səsləri uzaqdan daha vahiməli gəlir, nəinki yaxından. Onlar yaxınlaşdıqca vahimə uzaqlaşırdı. Amma bu məğrurluq yanımızdakı bir nəfərin yerə yıxılmasına qədər davam etdi.

Tanklar bizim topaya yaxınlaşanda sürəti daha da artırdılar. Dəqiq yadımda deyil, amma səhv etmirəmsə, irəlidə gələn tank idi, dalınca gələnlər isə BMP-lər. Tank düz ocağın üstünə sürdü, ocaq yerində bir-neçə dövrə vurdu, hamı gözləyirdi ki, “Olimp”ə sarı dönəcək, amma əksinə oldu, “Musabəyov”a tərəf üz tutdu, arxasınca gələn BMP-lərdən bəziləri isə “Olimp”ə doğru buruldu və yol boyu qaçışan insanlara atəş açmağa başladı.

Biz yolun sağ tərəfində ağacların arasında uzanmışdıq. Adamlar elə sürətlə üstümüzdən keçirdilər ki, qalxmağa belə imkan yox idi. Yanımda qalxmaq istəyən bir nəfərə güllə dəydi, Dəhşətli bağırtısı hələdə qulağımdadır, ona doğru süründüm. Yaralanmışdı. Amma yara isti olduğundan özünün də köməkliyi ilə onu binaların arasına sürüməyə başladım. Keçənlərdən kömək istədim. Hamılıqla köməkləşib qarşıdakı hasardan onu içəri saldıq, ora artıq səhv etmirəmsə “Təcilli yardım” idi.

Daha cürət edib yola qayıda bilmədik, amma güllə səsləri Elmlər Akademiyası metrosu tərəfindən gəlirdi.

BDU-nun köhnə yataqxanasına qayıtdım. Yataqxananın komendantı üstümə atıldı. İki gün öncə aldığım ağ plaş qan içindəydi. Komendant elə zənn etmişdi ki, yaralamışam. Əlimdən də qan axırdı. Əvvəlcə elə düşündüm ki, həqiqətən yaralanmışam. Sonra gördüm ki, yaralıya kömək edəndə əlimin dərisi soyulubmuş.

Səhərədək yataqxananın birinci mərtəbəsində gözlədik, sübh tezdən “Olimp”ə tərəf düşdüm. Mənzərə dəhşətli idi… Tanklar maşınların üstündən keçmişdi. Qarşısına keçən hər şeyi tırtıllarının altına almışdı…

Older Posts »

Categories