Posted by: shahbaz68 | November 3, 2010

Yazıçı Marsel Prustun suallarına çavab

Bu sualları yazıçı Marsel Prust hazırlayıb. O bu sualları cavabları ilə bir yerdə bir dəftərə yazaraq dostuna doğum günü hədiyyəsi kimi vermişdi. O zaman Marselin cəmi 13 yaşı vardı. Sonra bu suallara Prust 20 yaşında ikən bir daha cavab yazdı. 7 ildə cavabların çox az dəyişmişdi. Lakin bu suallar Prustun ölümündən sonra tapıldı və çap edildi. Sualalrın indiki şəklə salınmasına isə Bernard Pivot ve Ceyms Lipton yardım edib.

1. Ən sevdiyiniz söz hansıdır?

Əzizim!

2. Nifrət etdiyiniz söz hansıdır?

Problem yoxdur. Cihad! Bu telefona zəng çatmır.
3. Sizi nə həyəcanlandıra bilər?

Qəfil baş verə bilən hər şey həyəcan yaradır. Həyəcan insanın ilk reaksiyasıdır.

4. Həyəcanınızı nə öldürə bilər?

Vaxt. Bir qədər vaxtdan sonra beyin işə düşür, vəziyyəti təhlil etdikcə sakitləşirsən.

5. Hansı səsi çox sevirsiniz?
Sənə doğma olan insanın səsi. Bariton səslər. Qatar səsi. At kişnərtisi, birdə aslan nəriltisinin böyük cazibəsi var. Qüdsdə eşitdiyim azan səsinə valeh olmuşdum. Amma Şəkidə azan eşidəndə qulağımı tutdum.

6. Hansı səsə nifrət edirsiniz?
Öz səsimə. Birdə, bəzən telefonu qururam gecəyarı oyanmaq üçün. Bax, o səsə nifrət edirəm. Həmdə məncə səslər yerə uyğun dəyərləndirilir. Bülbülün səsindən də xoşum gəlmir. Həyəcan siqnalına və ümumiyyətlə hər cür siqnala nifrət edirəm.
7. Hansı peşə (sənət) ilə məşğul olmaq istərdiniz?

İndiki vəziyyətimdən o qədər də narazı deyiləm.

8. Hansı fitri istedada sahib olmaq istərdiniz?

Ən böyük fitri istedad elə zəhmət çəkmək həvəsidir. Mən zəhmətə və vərdişə inanıram.

9. Özünüz olmasaydınız, kim olmaq istərdiniz?

Oğlum. Bu ağlıma ilk gələn fikir oldu. Amma kim olur olsun, o qədərdə fərq etməz. Pis adam yoxdur.

10. Harda yaşamaq isəyərdiniz?

Bu dünya çox gözəldi. Elə bu dünyada. Dünən Əhmədi Nigatın livandakı çıxışına baxdım. Onda düşündüm ki, neçə zor bir işdir, Livanda yaşamaq, elə bir insanın qarşılanmasında iştirak etmək. Dini şüarları, din çağırışları olan ölkələrdə yaşamaq nefti olan ölkələrdə yaşamaq kimidir. Həm dini həmdə nefti olan ölkədə yaşamaq isə ikiqat əzabdır.

11. Ən başlıca çatışmazlığınız nədir?
Bacı-qardaşlarımla tez-tez əlaqə saxlaya bilməməyim. Özümə inamsız olmağım. Digər insanın gücünü öz gücümdən daha yaxşı dəyərləndirirəm.

12. Sizin ən çox bəyəndiyiniz pis cəhətiniz hansıdır?
onu deyə bilmirəm.

13. Qəhrəmanınız kimdir?
O yoxdur. Qəhrəmanlıq filmlərinə baxmağı xoşlasam da onları sevmirəm, onlar insan qırğınlarına çox səbəb olublar. Qəhrəmanlar həmişə təpəgöz olurlar. Təpəgöz qoyunları saxlayıb insanları yeyirdi, bax qəhrəmanlarda elədir. Nə qədər banal olsa da, əslində hamıya bərabər şamil olunan hüquq qəhrəman olmalıdır.

14. Çox istifadə etdiyiniz söyüş hansıdır?
Ay Əclaf. Musurman.

15. Hal-hazırki əhvalınız (ovqatınız) necədir?
Bu dəqiqə çox gərginəm. Əli və Nino kitabı çap olunandan sonra üz qapağında səhvləri görmüşəm. Dizaynerin səhlənkarlığı.

16. Həyat fəlsəfənizi hansı şüar ifadə edir?
Hər bir insan təhlükəsiz və yaxşı yaşamağa layiqdir!

17. Xoşbəxtlik yuxunuz (xəyalınız) hansıdır?
Yuxularım həmişə pis sonluqla tamamlanır, ayrılıq, ölüm, müharibə, mübahisə.

18. Sizcə bədbəxtliyin tərifi nədir?
Elə şeylər var ki, onun tərifi olmur, elə bədbəxtlikdə onlardan biridir.

19. Necə ölmək istəyərdiniz?
Onu arzulamaqla deyil. O necə gəlsə o formada da qarşılayacam. Həmişə ölüm barədə düşünərkən müvazinət sözü yadıma düşür. Necə ölməkdən asılı olmayaraq kaş sona qədər müvazinətimi qoruya bilim- söhbət ruhi müvazinətimdən gedir.

20. Ölərkən cənnətə getsəniz, Allahın qapıda sizə nə deməsini
istərdiniz?

Öləndən sonra heç kəslə üzləşmək istəməzdim, qoy mənim yoxluğumu hamı qəbul etsin.

İlk çap olunan mənbə; www.abzas.az

Advertisement

Responses

  1. Əgər sən vaxtının çoxunu özünə və işinə ayırsaydın, yəqin ki, “Əli və Nino”nun üz qabığında kobud səhvlərlə üz-üzə qalmazdın. Bunu da doğru deyirsən ki, başqalarının bacarığını özünkündən çox dəyərləndirirsən. “Əli və Nino”da kobud səhvlərin varlığı da bundan irəli gəlir. Ümumiyyətlə isə, dizaynerin səhlənkar olması təəccüblü deyil. Buna əsəbiləşməyə də dəyməz. Çünki insan övladı elə dünyaya gəlməklə səhv edir. Ölərkən isə, “Ah, kaş filan işi yerinə yetirməyə vaxtım olaydı”, – deyir.
    Məşhur misaldır: ölüm yatağında olan Puşkin əlyazmalarına və kitab rəfinə baxaraq “Bircə bunları səliqəyə sala biləydim!..” deyib. Sən həmişə bu nümunədən yapış. Öz işinlə məşğul ol! Kənardan apardığım müşahidəm deyir ki, sən işinlə əsla məşğul olmursan. Vaxtı, həm də ömründən qətrə-qətrə qopan vaxtı özgələrə sərf edirsən. Buna görə də ölümündən sonra – bunu sənə arzulamıram, sadəcə, hamımız faniyik, – sənin yoxluğun, yəqin ki, hiss olunmayacaq. Bəlkə də elə bunu hiss etdiyindən ruhi tarazlığın yoxdur. Anladığım qədər Qüdsdə azan səsini eşidərkən, əhvalın və ruhun yaxşı imiş.
    Səni dinə münasibəti dəyişməyə çağırnmıram. amma bircə tövsiyəm var. Gecələr doyunca yat. Və başını balışa qoyub gözünü yumandan sonra “Bismillah” deyib gün ərzində gördüyün və görə bilmədiyin bütün işləri, təmasları, ünsiyyətləri, hətta günah sişlərini də Rəbbinə danış. Bu, əlbəttə, tövbə etmək çağırışı deyil. Sadəcə, Allahla söhbətdir. Və başlıcası, Tanrı ilə söhbətini bitirdikdən sonra mütləq bu cümləni de: “İlahi, məni heç vaxt yalqız, diqqətindən kənarda qoyma!”
    Tövsiyəmi heç olmazsa, bircə dəfə təcrübədən keçirt. Nəticəni özün danışarsan.
    Yox, yox, yazarsan, biz də oxuyarıq.

  2. Əli və Ninoda hansı səhvə yol vermişəm? Dogrusu commentini anlaya bilmədim.

  3. Yaxşı ki Sizi tapdım!

    Salam. Yuxarıdakı şərhin müəllifi kimi, mənim də diqqətimi 15-ci suala cavabınız daha çox cəlb etmişdi.

    Peşəkarlıq bir rəhbərdən idarə etdiyi qurumun işiylə bağlı nöqsan aşkar edildikdə tabeçiliyində olan fərd(lər)i barmaqla göstərməyi deyil, öz məsuliyyətini dərk etməyi tələb edir.

    “Qanun” nəşriyyatında çapdan çıxmış “Pərdələr arxasında gizlədilmiş tarix” və “Ən yeni ədəbiyyat” seriyasından ilk 5 nəsr kitabını oxumuş, işinizin pintiliyinə şahid olmuş biri kimi, kitabların nəşrində əməyi keçdiyi qeyd olunan insanların ya ümumiyyətlə mövcud olmadıqları, ya da qətiyyən işə yaramadıqları qənaətinə gəldiyimi bildirməliyəm.

    Bir oxucunu itirdiniz.


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Connecting to %s

Categories

Follow

Get every new post delivered to your Inbox.