Posted by: shahbaz68 | September 25, 2010

Flip Moronun Bakı səfəri

Flip Moronun Bakı səfəri
O tanıdığım ilk avropalı oldu, neft dalınca, obrazlı desem neft iyinə deyil kitabın təqdimatına gəlmişdi…

Əli və Nino kitab-kafesində kitab təqdimatıFlip Moro Defarjla 3 gün bir yerdə olduq, 22-də BDU-da, 23-də İdarəçilik akademiyasında tələbə və müəllimlər qarşısında çıxışlar etdi. BDU auditoriyanı tələbə qızlar tutmuşdu, bir neçə kişi görmək olardı, İdarəçilik akademiyasında isə bu mənzərənin tam əksiydi, qocaman müəllimlər və gənc tələbə oğlanlar. BDU-nun təmirdən çıxmış dəbdəbəli və geniş koridorları ilə gedəndə Flip Moro qulağıma pıçıldadı “bu ki, Louvre (Lüvr) sarayıdır”. Koridorla bizi mühafizə xidməti müşahidə edirdi. Prorektorun qəbul otağına girən kimi qəbulda olanlar dərhal ayaq üstə sıçradılar, sanki faraqət komandası aldılar.
Prorektorun otağına paxlavalı, şəkərburalı çay süfrəsi arxasında bir qədər tanışlıq söhbəti aparıldı. BDU-dan olan nümayəndələr çox rəsmi, gərgin idilər. Sanki dövlət rəhbərlərinin görüşüdür. Qısa sürən söhbət zənnimcə o qədərdə uğurlu olmadı, nədənsə Flip Moro çox sual verdi, və bu suallar əsasən prorektorun təhsili və pedaqoji fəaliyyəti ilə bağlı idi. Məncə, prorektor məhz belə şəxsi – əgər buna şəxsi demək olarsa – sualları cavablandırmaq istəmirdi.
Xarici tələbələrlə iş kafedrasının xanım dekanı sözü mənə verdi, mən söhbəti iki azərbaycanlı tələbənin parisdə təhsil alarkən Flip Mro Defarjin kitabını tərcümə etmələrindən danışdım. O tələbələr məmləkətimiz qarşısında bu kitabı dilimizə çevirməklə böyük xidmət göstəriblər. “Flip Moro Defaj böyük bir roman başladı yazmağa amma “Geopolitikaya giriş” kitabı alındı”.
Sonra müəllif danışdı. Çox ürəkli, cəsarətli, müdrik fikirlər söylədi. Fransız sifətini və fransız manerasını üzərində daşıyan Flip Moro çevik əl hərəkətləri kimi çevik düşüncəsi onun qocaman müəllim obrazını dəyişirdi. Az sonra qarşımızda yaşlı fransız deyil, döyüşkən, döyüşləri uğurla başa vurmuş parlaq sərkərdə dayanmışdı. Millətlərin öz müqəddəratını təyin etməsindən danışdı, “həyatım boyu millətdən, xalqdan danışanda böyük və pafoslu sözlərdən, ifadələrdən qaçmışam, əslində bu kitabda o böyük sözləri gizlətmək üçündür. O böyük ifadələr xalqları qırğına vermək üçündür”.
Gənclər çoxlu suallar verdilər, düzdür bəzi suallar əvvəlcədən hazırlanmışa bənzəyirdi, amma nə dəxli var çox aktiv idilər. Əvvəlcə partiya iclaslarına gəlmiş kimi görünən gənclər tədbirin sonunda çox çən və xoşbəxt görünürdülər. Bu şübhəsiz ki bu Flip Moronun leksiyasının və onu öz ətrafına səpələdiyi İşıqlı fikirlərin təsiri idi.

Idarəçilik akademiyasında olan tədbirdən də yazacam

Advertisement

Responses

  1. Maraqlı yazıdır.
    Akademiyadan olan yazını da gözlərik.


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Connecting to %s

Categories

Follow

Get every new post delivered to your Inbox.