Posted by: shahbaz68 | August 24, 2010

Şamaxının Dəmirçisi

Şamaxının Dəmirçisi
Məşhur Şamaxı Pirqulusundan düz 9 km Şimala doğru tıxçalı-daşlı-tozlu, bəzən sərt döngəli yolu keçəndən sonra Hündür çinarlarla dövrələnmiş, əksər evləri yastı damlardan olan Dəmirçi görünür. Yalnız qar əriyəndə suyu aşıb daşan, istilər düşəndə çəkilən daşlı çayı keçib kəndə giririk. Kəndin ilk evinin darvazası ağzında dəmirdən döyülmüş müxtəlif əşyalar- bıçaq, balta, bel, dırmıq, yüyən və s satılır… “Bu dəmirçi evi idi”. Maşından düşüb darvazaya yaxınlaşdıq. Əvvəlcə evin xanımı, sonra isə kişisi- dəmirçi özü gəldi. “Hamısı mənim əlimin məhsuludur, zindanım, sobam var, içəri keçin baxın”. Üzünü yoldaşına tutub “qıza çay qoy!”- kənd yerlərində kişilərin ənənəvi tapşırığını verdi. Hüseynov Ağahüseyn zindan, çəkic, kürə, kürəyə hava verməni, yandırma, dəmiri döyəcləyib istənilən formaya salma qaydalarını, düzəltdiyi əşyaları təqdim edəndən sonra həyətin başında artıq hazır olan çay süfrəsinə dəvət etdi.
O darısqal dəmirçixanasında kiçik bir top da düzəltdi, daha doğrusu əyanı formada şəkilini çəkdi və fürsəti ötürmədən “bunu türklər bizdən oğurlayıblar” dedi. “Bəs sən özünü kim hesab edirsən”- belə sualları sevməsəm də artıq ağzımdan çıxmışdı. O da “mən tatam, albanlardan qalmışlarıq. Albanlardan qalan nə var idisə hamısına türklər sahib çıxdı”.
“Tatların Alban əsilli olmalarını ilk dəfə sizdən eşidirəm, ədəbiyyatda belə fikrə rast gəlməmişəm, həmdə Tatlar farsdillidirlər”.
“Görürəm sən oxumuş adamsan, mənə deyiblər məndə deyirəm”. Ağahüseyn ağıllı adam idi, söhbəti dəyişdi, əslində məndə söhbəti Dəmirçi kəndinin tarixinə, eləcə onun öz şəcərəsinə çəkmək istəyirdim.
“Mübahisə etməyin ən asan yolu millətçilikdən danışmaqdı”- bu əzbər bildiyim qaydanı çox nadir hallarda, yalnız bir masada oturmaq istəmədiyim adamlarla edə bilərəm. Amma ev sahibinin isti münasibəti- bizi görən kimi əlindəki işləri bir yana atıb bütün qonaqpərvərlik istedadını çox ürəklə qarşımızda nümayiş etdirməyi konfliktə yer qoymadı.
Ağahüseyn yeddi arxadan dönənin tanıyır, bu kəndin adı, dediyinə görə, onların nəsli ilə bağlıdır. “Lahıcdan gəlmişik deyirlər, indidə çox sıx əlaqəmiz var, dağ yolunla aramızda məsafə çox deyil. Dəmirçilik bizim nəsildən qalma sənətdir”.
Ağahüseyn kişinin xanımı alt evdə xəmir yoğururdu, qoğal bişirəcəkdi, iki gündən sonra Ağsuda yaşayan oğluna baş çəkməyə gedəcəkdi.
Çay içib yolumuza davam edirik. Hələ irəlidə olan daha iki kəndə getməliyik. Kəndin içindən keçəndə yolun qırağında diqqətimi çox hissəsi dağılmış bina və üzərində “Abidə Mədəniyyət Nazirliyi tərəfindən qorunur” –yazısı olan lövhə çəkdi. Bütün dağılmaqda olan evlərin, tarixi abidələrin üzərinə belə bir lövhə yapışdırılıb. Lahıc, xınalıq, belə yavaş yavaş dağılan məscidlər abidələr çoxdur. Yol qırağında çömbələn yaşlı adamlar dərhal yaxınlaşırlar, “bura məsciddi” yuxarıdan gəldilər üzərinə bu kağızı yapışdırıb getdilər. 5 il olar”. Məsciddən daha çox mənzilə bənzəyir. Əslində kəndlərdəki məscidlər elə belə olur. Evin qapısına yaxınlaşıram, qapının üstündə kart var, görünür gecələr kəndin cavanları burda kart oynayır…
Kəndin mərkəzində qapısına qıfıl asılan kitabxanada var, deyilənə görə işlək vəziyyətdədir, pəncərəsindən içəri boylanıram “xeyli kitab var”. 80 evdən ibarət
olan Dəmirçi kəndindən keçib Zarat və Zarat-Xeybərə sarı yol alırıq.

Advertisement

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Connecting to %s

Categories

Follow

Get every new post delivered to your Inbox.